Son günlər sosial şəbəkələr qızlıq pərdəsinin bərpası ilə bağlı yayılan xəbərlə çalxalandı.

Bir neçə gün əvvəl  mama-ginekoloq Ramilə Abbaszadə bu tipli əməliyyatların aparılması üçün şəxsi sayt yaradıb və bu saytda qeydiyyatdan keçənlərə endirimlərin də olacağını qeyd edib.

Bu elan sosial şəbəkə istifadəçiləri arasında heç də yaxşı qarşılanmayıb. Mübahisələrə və sərt tənqidlərə məruz qalan həkim, sonradan həmin saytı (doctorramila.az) qapatmalı olub.

Cəmiyyət tərəfindən elə də yaxşı qəbul edilməyən bu əməliyyat necə həyata keçirilir? Əməliyyat sonrası fəsadlar varmı?

Məsələ ilə bağlı həkim uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl minval.info-ya bunun olduqca sadə bir əməliyyat olduğunu qeyd edib: “Belə əməliyyatın fəsadları ilə bağlı münasibət bildirilmir, lakin bu çox sadə bir əməliyyatdır. Aparılan araşdırmalara əsasən Yaxın Şərq və Qafqaz ölkələri  arasında yayılıb. Xüsusilə İranda bu barədə geniş araşdırmalar aparılıb və hər hansı bir fəsad qeyd olunmayıb”.

Vasif İsmayıl məsəlinin etik tərəfinə toxunarkən hər kəsin bu məsələ ilə bağlı şəxsi fikri olduğunu, insanlara belə məsələlərlə bağlı əxlaq dərsi verilməsinin düzgün olmadığını  və bu sifarişi qəbul edən həkimlərə mənfi münasibət bəsləmədiyini bildirib.

qızlı pərdəsi ile ilgili görsel sonucu

Vəkil Vamiq Şükürov bu məsələlərin qanuni tərəfi ilə bağlı öz açıqlamasında bildirdi ki, bu da tibbi xidmətlərin bir növüdür: “Evliliklə bağlı qanununda belə bir müddəa qeyd olunmadığı üçün əməliyyatın keçirilməsində heç bir qanunsuzluq yoxdur”.

Bəyin həkimi və ya evlənəcəyi xanımı  məhkəməyə verib verə bilməyəcəyi ilə bağlı suala isə, “Bu məsələ ilə bağlı bəyin həkim və ya xanımın qohumlarını məhkəməyə verməsi mümkünsüzdür. Bəy yalnız özünə dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər” – deyə vəkil qeyd edib.

Məleykə Ağazadə

Minval.İnfo