Avqustun 1-də baş verən hadisə nəticəsində bəlli olub ki, Bakıda yeni manyak peyda olub.

Minval.info xəbər verir ki,  Zığ yolu, bina 24 ərazisində (Nargilə kafesilə üzbəüz) 12-14 yaşlı qız uşaqlarına, 19-30 yaşlı xanımlara tir gülləsilə atəş açan manyak peydə olub. Manyak bizə bəlli olan 9 xanıma xəsarət yetirib. Onlardan 4-ü polis bölməsinə şikayət edib.

Bu barədə minval.nfo-ya blogger Saleh Nəsirov məlumat verib. 14 yaşlı qızın anası bildirib ki, atılan tir gülləsi qızının paltarını dəlib, ona zərər yetirib: “Evə gələndə axsayırdı, dərhal həkimə getdik. Orada bəlli oldu ki, tirlə kimsə atəşaçıb. Atılan tir gülləsi qızımın əynində olan üst-üstə bir neçə geyimi deşib, ona xəsarət yetirib. Klinikada öyrəndik ki, bizdən başqa 12-30 yaş arası 8 nəfər də eyni səbəbdən müraciət edib. Onların da hamısı qız uşağı və ya qadındır. Görünür ancaq qızlara atəş açır”.

Polis hazırda həmin şəxsi axtarır.

Sani Ümid

Minval.info