Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Minval.info Teleqraf.com-a istinadən xəbər verir ki, Şıxov çimərliyi ərazisində 1978-ci il təvəllüdlü Məmmədəli Hüseynov tanımadığı şəxslə mübahisə edib.

O, dava zamanı bıçaqlanıb. Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məmmədəli Hüseynova tibbi yardəm göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, onların arasında mübahisə qız üstündə baş verib.