Nəsimi rayon polis idarəsinin əməkdaşları gənc qızın naməlum şəraitdə kəsici-deşici bıçaq xəsarəti alması faktını araşdırır.

Minval.İnfo xəbər verir ki, Oxu.Az-a 19-cu polis bölməsindən verilən məlumata görə, martın 12-də 01:00 radələrində mərkəzi xəstəxanaya qarın nayihəsində ağır bıçaq yarası ilə 1984-cü il təvəllüdlü Günel Mustafayeva daxil olub

Gənc qızın verdiyi ifadəyə görə, mənzilin mətbəxində bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib.

Ancaq polis əməkdaşları onun sözlərinə inanmır və zərərçəkənin bununla ona ağır bədən xəsarəti yetirmiş şəxsi cinayət məsuliyyətdən yayındırmağa çalışdığını hesab edir.

Faktla bağlı araşdırma davam edir.