Bakıda bir qrup gənc piyada keçidlərində nəqliyyat vasitələrinin piyadalara qarşı münasibətinə diqqət çəkmək istəyib.

Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, onlar bu münasibətlə video-çarx hazırlayaraq sosial şəbəkələrdə paylaşıblar.

Onların bu videosu izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Videoda piyada keçid xəttinin üzərində maşın saxlayan sürücülərə fərqli şəkildə etiraz edilib. Belə ki, yolu keçən piyadalar bahalı maşının üstünə çıxır, su tökür və onları xəttin üstündən geri çəkilməyə məcbur edirlər.