Bakıda 34 nəfərin yaralandığı və 1 nəfərin öldüyü ağır qəzanın baş vermə anı kameraya tuş gəlib.

Bu görüntülər BAKU.WS-in “qaynar xətti”nə göndərilib. Videodan görünür ki, avtobus iddia edildiyi kimi yüksək sürətlə hərəkət etmir. Avtobusun sürəti aşağı olub.

Qəza Bakının Binə qəsəbəsində baş verib. 160 nömrəli avtobusun yük qatarına çırpılıb. Nəticədə hadisə yerində 1 nəfər 13 yaşlı uşaq ölüb.

Baş verən qəza nəticəsində yaralananların 12-si hazırda 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinn rəhbəri Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, yaralıların 5-i reanimasiyaya, 5-i isə palataya yerləşdirilib. Xəstələrin 2-si isə uşaq şöbəsindədir.

1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) isə 6 nəfər yerləşdirilib. Onlardan 4-ü reanimasiyadadır. Onlardan birinin vəziyyəti ağırdır.