Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Minval.info ölkə.az-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda 49 yaşlı Ağayev Bahadur Qəhrəman oğlu qardaşı ilə əlbəyaxa dava edib.

Dava zamanı Bahadur Ağayev bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.