Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri “20 yanvar” stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb. Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

Hadisə ilə əlaqədar yasama rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

Hadisənin görüntülərini təqdim edirik.