Bakıda aptekdə oğurluq hadisəsi baş verib.

Minval.info-ya verilən məlumata görə, insident dünən günorta saatlarında Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Şövkət Məmmədova küçəsində şadlıq sarayın birinci mərtəbəsində yerləşən aptekə daxil olan qadın əczaçıdan bir neçə dərman istəyib. Onun başını qatan “müştəri” piştaxtanın üzərinə qoyulan qutuları çantasına atıb. Ardınca əczaçının diqqətindən yayınan qadın çantasında olan boş qutuları götürdükləri ilə əvəz edib.

Bundan sonra isə “müştəri” dərhal apteki tərk edib.

Aptek sahibinin sözlərinə görə, oğurlanan dərmanlar ümumilikdə 40-45 manat dəyərində olub.

S.Mirzə