Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb.

1973-cü il təvəllüdlü Sadıqova Səadət Abbasəli qızı idarə etdiyi avtomobillə qəza törədib. Nəticədə sürücü xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol çiynin əzilmiş-cırılmış yarası və sol gicgah-ənsə nahiyəsində yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.