Bakıda qadın özünü qatarın altına atıb. 

Minval.İnfo xəbər verir ki, 35-40 yaşlarında adı hələ ki, məlum olmayan qadın özünü qatarın altına ataraq intihar edib.

Hadisə Bakı metrosunun “İnşaatçılar” stansiyasında baş verib. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.

****

19:12

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev minval.info-ya bildirib ki, bu, intihar hadisəsi deyil: “Hadisə saat 18:49-da,  “Həzi Aslanov-Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına “İnşaatçılar” stansiyasında bir xanım düşüb. Xoşbəxtlikdən qadın ciddi bir xəsarət almayıb. Onun 45 yaşı var və epilepsiya xəstəsidir. Qatarın altına düşmə səbəbi də budur. Hazırda vəziyyəti yaxşıdır, sadəcə hadisəyə görə şok keçirib. Təcili yardım çağırmışıq”.

Minval.İnfo

 

Görüntünün olası içeriği: 5 kişi, ayakta duran insanlar, kalabalık, iç mekan ve açık hava