Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan VIII sinif şagirdinin vəziyyəti orta-ağır-stabildir.

Bununla bağlı”Minval.info”ya Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda şagird 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir. Onun dirsək oynağında qəlpə sınığı, diz qapağında isə yerini dəyişməyən sınıq var. Şagirdin vəziyyəti orta-ağır-stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hadisə ilə bağlı araşdırma aparılır.