Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə ittiham edilənlərin məhkəməsi davam edir.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.

Onlar 19 avqust 2017-ci il tarixində Nərimanov rayonunda Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü – Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu, 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlu müəyyən ediliblər.

O bildirib ki, həmin şəxslər onun evindən 25 min manata yaxın əmlakını aparıblar: “Pullarımın geri qaytarılmasını tələb edirəm. Polis əməkdaşları hadisədən sonra Cavidi evə gətirdi. O, hər şeyi etiraf etdi”.

Daha sonra digər zərərçəkmiş İqrar Əsgərov dindirilib. O deyib ki, qızının toy günü evindən oğurluq edib: “Həmin gün liftlə aşağı düşürdük. Bu şəxslərlə liftdə qarşılaşdıq. Biz restorana toya getdik, onlar yuxarı qalxıb evi yarıblar. Həttə ərə gedən qızımın əl çantasını da aparıblar. Onun içərisində 50 manat pul var idi”.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nnə təyin edilib.

Məlumata görə, dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. Məlumata görə, azadlığa buraxılan A.Həmidov taksi sürücüsü olub. A.Həmidov daha sonra azadlığa buraxılıb.

Minval.info