Bakıda Narkoloji Dispanserdə müalicə olunan şəxs intihara cəhd edib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda yerləşən dispanserdə baş verib.

1968-ci il təvəllüdlü Mirzəliyev Bəbir Bəhmən oğlu dispanserdə fincanı sındıraraq, qolunu bir neçə yerdən kəsib. O, çoxlu qan itirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Minval.info