Hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 73 ünvanında qeydə alınıb.

 

Minval.info ölkə.az-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Nuray Əfqan qızı Məmmədlini naməlum maşın vuraraq hadisə yerində qaçıb. Yaralı uşağı təcili olaraq yaxınlıqda yerləşən Neyrocərrahiyə Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra 7 yaşlı qızın vəziyyəti stabilləşib.

Faktla əlaqədar Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb. Hazırda qızcığazı vuraraq hadisə yerindən qaçan avtomobilin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Minval.info