“Space” Tv-nin araşdırma tipli layihəsi olan “Olar? Olmaz!” verilişində daha bir fakt ortaya çıxıb.

Minval.info xəbər verir ki, Amil Xəlil bu dəfə marketlərin gizli fırıldağından danışıb. Qeyd edilib ki bəzi marketlər, o cümlədən satış həyata keçirən şəbəkələr (aptek, elektironika) piştaxtalara başqa qiymət, kompüterə isə başqa qiymət yazır.

Bir alıcı büdcəsinə uyğun malları seçir və kassa da “sürprizlə” qarşılaşır. Kassir hesabdan yüksək qiymət hesablayır. Əgər alıcılar bu haqq-hesaba diqqət yetirməsələr aldanacaqlar. Yox, əgər onlar məhsulların qiymətini hesablasalar kassada artıq qiymətlə qarşılaşdıqlarını hiss edəcəklər.

Marketlərin fırıldağı ilə qarşılaşan Aynur adlı xanımın çıxışından sonra teleaparıcı Amil Xəlil bəzi marketlərə və apteklərə yollanıb. Market rəhbərindən biri səslənən iddialarla razı olduğunu qeyd edib.

Maraqlı buraxılışı sizə təqdim edirik.

Qeyd edək ki veriliş həftə içi hər gün saat 19:55 də “Space” Tv də Amilin təqdimatında yayımlanır..

Minval.info