Bakıda məşhur restoranda yanğın - Turistlər təxliyə olundularBakıda səhər saatlarında “Tarhun” restoranında yanğın baş verib.

Minval.info “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, restoranın tüstü bacasından yanğın başlayıb. İkinci mərtəbədə yerləşən oteldə olan 20 turist təxliyyə olunub. Xəsarət alan olmayıb.

Yanğın söndürülüb. Araşdırma aparılır.