“Qoç ət” kabab evində yanğın - VİDEO

Bakının Yasamal rayonunda yanğın baş verib.

Trend bildirir ki, hadisə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, “Qoç ət” restoranında qeydə alınıb.

Restoranın havalandırma sistemində baş verən yanğın qısa müddətdə tavana keçib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Xəsarət alan yoxdur.

.