Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində zorlama faktı qeydə alınıb.

Minval.İnfo xəbər verir ki, “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R. Cavidan (Tam ad ilkin mənbədə və rəsmi məlumatda açıqlansa da, biz gizləmək qərarına gəldik – redaksiyadan) 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olmuş və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Baş vermis hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olmuş və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə C.Rzayev barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə müzakirə edilən məsələ cəmiyyətin qəzəbinə səbəb olub. Etika xatirinə video çarxı yayımlamırıq.