Bakıda küçədə kişi meyiti tapılıb.

APA-nın məlumata görə, araşdırmalar zamanı paytaxtın Suraxanı rayonunda küçədə meyiti tapılan şəxsin 1971-ci il təvəllüdlü Bünyatov İlqar Oktay oğlu olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.