Yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb.

Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeraport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə  şikayət ərizəsi daxil olub.

 

DİN-dən Minval.İnfo-ya verilən məlumata görə, Bakının Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub.

Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bilirib. Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götüürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, C.Cabbarov ifadəsində qeyd edib ki, barmaqlıqların birini metal qəbulu məntəqəsinə 3 manata satırmış. O, deyib: “”Bakı Abadlıq”da işləyirəm, yolları sulayıram. 1 ayda oğurlamışam, aparıb vermişəm əlvan metal məntəqəsinə. Birini 3 manata satmışam. Peşmanam. Bir səhvdi də eləmişəm, boynuma alıram. Şeytan aldatdı məni”.

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayırmış - FOTO