Bakıda kafe yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə Nəsimi rayonunda baş verib.

Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan kafenin iki otağının taxtadan ibarət üzlüyü 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı 100 m² sahədə əriyib.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.