Bakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Minval.İnfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, “Şərur” MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş: “Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər” .

Hadisədən bir müddət sonra əraziyə intihar edən qızın anası gəlib. O, qızının cəsədi başında fəryad edib.

Ürəkparçalayan görüntüləri təqdim edirik:

Minval.İnfo