Bakıda əlillər üçün təhlükəli vəziyyət yaranıb.

Minval.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Hüseyn Cavid prospektində fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün təşkil edilən pandusun qaraşısında drenaj sisteminin dəmir barmaqlığı bizə məlum olmayan səbəbdən çıxarılıb.

“Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib. Lakin təəssüf doğuran məqam odur ki, bu cür hallarla tez-tez rastlaşırıq. Hər dəfə bunu edənə nə ad vermək olar deyə düşünürəm amma cavab tapa bilmirəm”, – deyə Mais Ağayev bildirib.