Paytaxtın Sabunçu rayonunda iki avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın xüsusi müxbirinin məlumatına görə, qəza nəticəsində 163 və 217 nömrəli avtobuslar toqquşub.

Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib.

Ən azı beş nəfərin yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.