Bakının mərkəzindəki icazəsiz mitinq zamanı gənc fəallar Nurlan Libre və Fatimə Mövlamlı saxlanılıblar.

Bu barədə sosial şəbəkə istifadəçiləri xəbər paylaşıblar. Məlumata görə, onlar 39-cu polis bölməsinə aparılıblar. Qeyd edək ki, bu gün saat 13 radələrində bir qrup adam Bakının Nizami (“Torqovı”) küçəsində icazəsiz mitinqə toplaşıb.

Virtualaz.org bildirir ki, toplaşanlar heç bir şüar səsləndirməyiblər. Onlar sadəcə “Xəqani” ticarət mərkəzinin yanında dayanıblar və jurnalistlərlə ünsiyyət saxlamaqdan imtina ediblər.

Ancaq etiraz edənlərdən biri arada bildirib ki, onlar sosial şəbəkələrdəki çağırışa görə mitinqə toplaşıblar.

Hüquq-mühafizə orqanlarının mülki geyimli əməkdaşları toplaşanları mühasirəyə alıblar.