Bakıda hakimin 1700 manatlıq velosipedi oğurlandı

Bakıda oğurluq hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, A.Cəlilov küçəsi ev 26 ünvanında qeydə alınıb. Həmin ünvanda dəyəri 1700 manat olan velosiped oğurlanıb.

Velosipedin sahibi, 1969-cu il təvəllüdlü İmanov Azad Nizami oğlubu barədə polisə müraciət edib.

Araşdırma zamanı məlum olub ki, velosiped zəncirlənmiş vəziyyətdə olub. Naməlum şəxs və ya şəxslər zəncirin qıfılını qırılaraq velosipedi aparıblar.

Qeyd edək ki, velosipedin sahibi A.İmanov Bakı Apellyasiya Məhkəməsinin hakimidir.