Bakı şəhərinin Nərimanov rayonunda “Nexia” markalı avtomobil yanıb.

Oxu.Az-ın xəbərinə görə, hadisə Həsən Əliyev küçəsində baş verib.

Yanğın yerinə FHN əməkdaşları cəlb olunub və avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, video hadisə şahidi Tural Şıxlı tərəfindən çəkilib və Baku TV-nin redaksiyasına göndərilib.