Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib. Lent.az xəbər verir ki, “Elite” ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumatd 1 nəfərin hadisə yerində vəfat etdiyi bildirilirdi.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

***

“Report” xəbər verir ki, ölən şəxslərin meyitləri tanınmaz haldadır.

Xəsarət alanların sayı barədə məlumat dəqiqləşdirilir.

Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb. Hazırda yaralıların vəziyyəti ağırdır.