Bakıda gecə saatlarında küçə itləri tərəfindən parçalanma təhlükəsiylə üz-üzə qalan körpə qız uşağı tapılıb.

Uşaq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib.

Sığınacağın koordinatoru Vasif Akifli uşağın kimliyini müəyyən etmək və ailəsini tapmaq üçün televiziya verilişlərindən birinə proqramına müraciət edib.

Efirə çıxarıldıqdan sonra uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın 2 yaşlı Lalə olduğu və qaraçı ailəsinə məxsus olduğu bəlli olub.

Özünü nənəsi kimi təqdim edən qadın, Lalənin anasının dəli olduğu üçün uşağa baxmaq məcburiyyətində olduğu deyib.

Lalənin nənəsi və qohumu uşağın oğurlanaraq dilənmək məqsədilə küçəyə atıldığını iddia edir.

Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırılmanın aparıldığı bildirilir.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Lalənin ailəsinə qaytarılmayacağını deyir: “Yox, əsla düşünməyin ki, bu körpə ailəsinə qaytarılacaq! Laləni nəzarətsiz qoyduqlarına görə cavab verəcəklər!”

Bakıda gecə küçədən körpə qız tapılıb - Onu itlər parçalayacaqdı (FOTO+VİDEO)

baku.ws