Bakıda intihar hadisəsi baş verib.

Minval.info xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsindəki 45 saylı binada qeydə alınıb.

15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi MirFatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir.

Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Minval.info