Bakıda gənc qız varlanmağın asan yolunu tapıb. İki qardaşa yalnız vəd verən qız onlardan 25 min manat alıb.

Minval.İnfo xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən Oxu.Az-a bildirilib ki, Ağdam rayon sakinləri 1987-ci il təvəllüdlü Fərid Muxtarov və 1990-cı l təvəllüdlü Şakir Muxtarov polisə şikayət ərizəsi ilə müraciət ediblər.

Dövlət işinə düzəlmək istəyən qardaşlar 2016-cı ilin sentyabrından 2017-ci ilin aprelinə qədər 1990-cı il təvəllüdlü Maya Mirzəyevaya 25 min manat veriblər.

Lakin Maya onları aldadıb və əlbəttə ki, pullarını qaytarmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır. İş üzrə hələlik heç kim saxlanılmayıb.