Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə A.Nemətullah küçəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Əliyev Babək Oqtay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, o, cərrahi əməliyyat olunub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır