Bakıda yanğın olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 1000 m2 olan fermada baş verib.

Nəticədə fermanın dam örtüyünün taxta atmaları 160 m2 sahədə, damına yığılmış 1 ton ot bağlaması və fermanın ərazisində 100 m2 sahədə quru ot yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.