Bakıda tikintidə faciə yaşanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tikilməkdə olan çoxmərtəbəli binada qeydə alınıb. Orada fəhlə işləyən şəxs (ad-soyad hələlik məlum deyil) 8-ci mərtəbədən yıxılaraq ölüb. Onun meyiti beton panellərin arasında qaldığı üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.