Bu gün Nəsimi rayonu Səfər Əliyev 25-də yerləşən yataqxanada yanğın baş verib.

Minval.İnfo xəbər verir ki, hadisə yerinə təcili yardım biriqadaları cəlb edilib.

Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından virtualaz.org-a bildiriblər ki, hadisə yerinə 5 təcili yardım briqadası cəlb edilib. Briqada 5 nəfərə tibbi yardım göstərib. 49, 58 və 68 yaşlı 3 nəfər tüstüdən zəhərlənib. 65 və 73 yaşlı iki sakin isə təşviş keçirdiyindən səhhəti pisləşib. Hazırda 1 təcili yardım briqadası hadisə yerindədir. Təşvişə düşmüş sakinlərə yardım edilir.

Xatırladaq ki, bu, son vaxtlat Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda baş verən ilk hadisə deyil.