Ərlə arvadı arasında qalmaqallı hadisə yaşanıb.

Minval.info xəbər verir ki, evə gələn kişi həyat yoldaşını ona xəyanət edərkən yaxaladığı iddia olunur.

Məlumata görə, bu səbəbdən qadının həyat yoldaşı onun saçlarını qırxaraq videoya çəkib. O, lentə aldığı kadrları sosial mediada paylaşıb.

Videoda kişinin həyat yoldaşını təhqir etdiyi də yer alıb. Eyni zamanda, görüntülərdə yaşlı qadının saçı qırxılan şəxsin üzündən tutduğu əks olunub.

Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, kişinin hərəkətinə haqq qazandıranlarla yanaşı, onun cəzalanmasını istəyənlər də olub.