Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər.

Verilən məlumata görə, qəza Biləcəri qəsəbəsinin girişində, “Sarı market”in qarşısında baş verib.

Belə ki, KamAZ markalı yük avtomobili yüksək sürətlə hərəkət edərkən yolu keçmək istəyən 40-45 yaşı olan qadını vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

baku.ws