Bakıda Cümə məscidinin qarşısında adam bıçaqlandıBakıda psixi xəstə məscidin qarşısında adam bıçaqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 2-si saat 21 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1982-ci il təvəllüdlü Emil Həsənov Cümə məscidinin qarşısında 1984-cü il təvəllüdlü Cavad Musayevi qarnından bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, E.Həsənov isə saxlanılıb.

Müəyyən olunub ki, hadisəni törədən E.Həsənov 2 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.