Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Minval.İnfo / Samral