Related image

Bakıda marketdən alınan çörəyin içindən mıx çıxıb.

Yenicag.az xəbər verir ki, hadisə metronun Həzi Aslanov stansiyasının yaxınlığında yerləşən “Yaxın market”də baş verib.

Bildirilir ki, çörək məhz sözügedən marketin özündə bişirilir.

Müştəri çörəyi yeyən zaman damağını, dişini zədələyib.