Dünən axşam saatlarında Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub.

Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub. Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan Mercedes markalı minik maşınına dəyib.

Avtubuslarin arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib.

Xəsarət alan olmayıb.

Avtobuslardan biri 2, digəri isə 7B nömrəli marşurut olub.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə avtobuslar depoya gedən zaman baş verib. Qəzaya səbəb yolun sürüşkənliyi səbəb olub.

“Avtobuslarda sərnişin olmayıb. Yalnız sürücülər olub onlar da xoşbəxtlikdən xəsarət almayıb. Həm bu qəza BakuBus MMC-nin istismarında olan xətlər üzrə avtobusların intervalına təsir etməyib”.