Bakıda sərnişindaşıma xidmətində yenilik edilib.

Bu barədə “Xaliq Faiqoğlu” MMC-dən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, şirkətin istismarında olan və nömrələri aşağıda qeyd edilmiş 3 ədəd “İsuzu Citiport” markalı avtobuslarda “Free Wi-Fi” adlı yeni “wi-fi” cIhazı quraşdırılıb.

İnternetə qoşularkən telefonunuzun ekranına çıxacaq bu formanı dolduraraq pulsuz internetdən istifadə edə bilərsiniz.:

– 99-JP-515 – 18 saylı marşrut xətti;

– 99-JM-355 – 65 saylı marşrut xətti;

– 99-JP-535 – 85 saylı marşrut xətti.