Azərbaycanlı kişi 50-yə yaxın qadını fahişə kimi satdıBakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Minval.info Ölkə.az-a istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 4-nə təyin olunub.

İttihama görə, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.

Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.