Sosial şəbəkələrdə maraqlı görüntü yayılıb.

Minval.info xəbər verir ki, Bakının “Tarqovı” kimi tanın Nizami küçəsində çəkilən videoda 2 azərbaycanlı gəncin ərəbləri pul qarşılığında əllərində tutduqları qalın kağız parçaları ilə sərinlədikləri iddia edilir. Məlumata görə, onlar bu xidmət qarşılığında 10 dəqiqə üçün 5 manat, yarım saat üçün isə 10 manat tələb edirlər.

“Azərbaycanlılar artıq pul qazanmağın yolunu tapıblar” deyən hadisə şahidi, çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Sosial şəbəkə istifadəçiləri bu görüntülərə sərt reaksiya veriblər. Onlar 2 gəncin etdiyini alçalmaq kimi qiymətləndiriblər. “Biabırçılıqdır. Özlərinə hörmət etmirlər” şərhləri çoxluq təşkil edib.

Həmin görüntüləri sizlərə təqdim edirik:

Minval.info