Bakının Sabunçu rayonunda avtomobil yanıb.

Minval.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Əraziyə nazirliyin yanğından mühafizə dəstəsi cəlb olunub. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.