Bakının Məhəmmədi kəndindən “Koroğlu”ya işləyən “217” nömrəli sərnişin avtobusunda qeyri-etik hadisənin baş verdiyi bildirilir.

Milli.Az iddia edir ki, “Zabrat 2” adlanan ərazidən avtobusa minən orta yaşlı kişi basabasdan istifadə edərək öndə təknəfərli oturacaqda əyləşən qadına qarşı əxlaqsız hərəkətlər edib.

Sayt yazır ki, kişi əlini önə apararaq bir neçə dəqiqə davamlı olaraq qadının sinəsinə toxunub. Bunu digər sərnişinlərin görmədiyindən arxayın olmaq üçün sağa-sola tez-tez göz gəzdirən kişi əxlaqsız əməlini davam etdirib. Qadının isə buna reaksiya vermədiyi qeyd olunub.

Bildirilir ki, hərəkətinin digər sərnişinlər tərəfindən hiss edildiyini duyan şəxs dərhal əlini cibinə salıb və avtobusun dayanmağından istifadə edərək düşüb.