Bakıda ictimai nəqliyyat vasitəsində insident yaşanıb.

Minval.info xəbər verir ki, 139 saylı xətlə hərəkət edən 99-FS-139 dövlət qeydiyyat nişanlı marşrut avtobusunda sürücü ilə sərnişin arasında münaqişə baş verib.

Bildirilir ki, avtobus sürücüləri səhər saatlarında qrafikə uyğun hərəkət etmirlər. Bununla bağlı etiraz edən sərnişinlərdən biri kobudluqla qarşılaşıb. Belə ki, sürücü onunla razılaşmayıb və uca səslə “qrafiki gözünə soxacam” deyib. Digərləri isə mübahisə edənlərdən mədəni danışmağı tələb edib.

Görüntüləri redaksiyamıza göndərən sərnişin sözügedən problemin həll olmasını istədiyini dilə gətirib.

Qeyd edək ki, analoji hadisə tez-tez marşrut avtobuslarında yaşanır.