Bakıda ictimai nəqliyyatda növbəti dəfə gərgin anlar yaşanıb.

Minval.info xəbər verir ki, marşrut avtobuslarının birində qadınlar gənc oğlan arasında dava düşüb. Video sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, hadisəyə səbəb oğlanın qadının geyiminə irad bildirməsi olub. Nəticədə qadın onun ünvanına təhqiredici sözlər söyləyib. Oğlan onu sakitləşməyə çağırsa da, bu heç bir nəticə verməyib. Ardınca isə o, dayancaqda avtobusu tərk etməli olub.

Lakin qadının hirsi bununla soyumayıb nəqliyyat vasitəsindəki digər sərnişinlərlə də mübahisə edib.