Martın 15-də Abşeron Rayon Polis İdarəsinə Novxanı qəsəbəsi ərazisindəki apteklərdən birində quldurluq faktı barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Minval.info”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 18 radələrində Ağcabədi rayon sakini Elsevər Hüseynovun əczaçı işlədiyi aptekə gəlmiş naməlum şəxsin şüşə parçası ilə onu hədələyib kassadakı 60 manat pulu quldurluq yolu ilə apardığı müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əliağa Abdullayev saxlanılıb.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Minval.info